Apollo-11

October 22, 2025 · View on GitHub

NASA SWH Comanche Luminary

🌐 Azerbaijani, bahasa Indonesia, Català, Čeština, Dansk, Deutsch, English, Español, Français, Galego, Italiano, Kurdî, Lietuvių, Mongolian, Nederlands, Norsk, Polski, Português, Română, Suomi, Svenska, tiếng Việt, Türkçe, Ελληνικά, Беларуская мова, Русский, Українська, العربية, فارسی, नेपाली भाषा हिंदी, অসমীয়া, বাংলা, မြန်မာ, 한국어, 日本語, 正體中文, 简体中文

Original Apollo 11 Yönləndirmə Kompüterinin (AGC) Komanda Modulu (Comanche055) və Ay modulu (Luminary099) üçün mənbə kodu. Virtual AGCMIT Museum əməkdaşları tərəfindən rəqəmsallaşdırılıb. Məqsəd, original Apollo 11 mənbə kodunu ehtiva edən bir repo yaratmaqdır. Buna görə də, bu repodakı transkriptlər ilə original Luminary 099Comanche 055 mənbə skanları arasında aşkarlanan xətalarla və ya mənim gözdən qaçırdığım bir fayl ilə əlaqəli pull request-ləri önəmsəyirik.

Töhfə

Zəhmət olmasa pull request etmədən öncə CONTRIBUTING.az.md faylını oxuyun.

Kompilyasiya

Əgər original mənbə kodunu kompilyasiya etmək istəyirsinizsə, Virtual AGC proyektinə baxa bilərsiniz.

Atributlar

  
Lisenziyaİctimai mülkiyyət - ABŞ hökumətinin işi
Comanche055Apollo Yönləndirmə Kompüteri (AGC) Komanda Modulu (CM) olan Colossus 2A-nın mənbə kodunun bir hissəsi.
AGC proqramı Comanche-in NASA tərəfindən yaradılan 055 sayılı birləşdirmə təftişi
2021113-051. 10:28 APR. 1, 1969
Luminary099Apollo Yönləndirmə Kompüteri (AGC) Ay Modulu (LM) olan Luminary 1A-in mənbə kodunun bir parçası.
AGC Proqramı LMY99-un NASA tərəfindən yaradılan 001 sayılı birləşdirmə təftişi
2021112-061. 16:27 İYUL. 14, 1969
KompilyatoryaYUL
ƏlaqəRon Burkey info@sandroid.org
Saytwww.ibiblio.org/apollo
RəqəmsallaşdırmaBu mənbə kodu MIT muzeyindəki kağız nüsxələrin fotoşəkillərindən uyğunlaşdırılmış və ya köçürülmüşdür. Rəqəmsallaşdırma Muzeyin əməkdaşı Deborah Duqlas tərəfindən təşkil edilib, Paul Fjeld tərəfindən həyata keçirilmişdir. Hər ikisinə də təşəkkür edirəm.

Əlaqə və Təsdiqlər

CONTRACT_AND_APPROVALS.agc-dan alınmışdır.

Bu AGC proqramı Colossus 2A kimi də tanınır.

R-577 hesabatında qeyd edildiyi kimi, bu proqram CM üçün istifadə məqsədli nəzərdə tutulub. Bu proqram DSR 55-23870 layihəsi, Milli Aeronavtika və Kosmos Administrasiyasının Kosmik Gəmilər Mərkəzinin sponsorluğu ilə, Cambridge Mass Massachusetts Texnologiya İnstitutunun Alətlər Laboratoriyası ilə NAS 9-4065 müqaviləsi əsasında hazırlanmışdır.

GöndərənVəzifəsiTarix
Margaret H. HamiltonColossus Proqramlama Lideri
Apollo Yönləndirmə və Naviqasiya
28 Mart 1969
TəsdiqləyənVəzifəsiTarix
Daniel J. LicklyDirektor, Tapşırıq Proqramı İnkişafı
Apollo Yönləndirmə və Naviqasiya proqramı
28 Mart 1969
Fred H. MartinColossus Layihə rəhbəri
Apollo Yönləndirmə və Naviqasiya Proqramı
28 Mart 1969
Norman E. SearsDirektor, Tapşırıq İnkişafı
Apollo Yönləndirmə və Naviqasiya Proqramı
28 Mart 1969
Richard H. BattinDirektor, Tapşırıq İnkişafı
Apollo Yönləndirmə və Naviqasiya Proqramı
28 Mart 1969
David G. HoagDirektor
Apollo Yönləndirmə və Naviqasiya Proqramı
28 Mart 1969
Ralph R. RaganDirektor köməkçisi
Alətlər Laboratoriyası
28 Mart 1969